“Lion” geridönüşlə ilk qələbə xalını qazandı
İdman
31.08.2024 10:30
Futbol üzrə Fransa çempionatının üçüncü turu "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsindəki rəqibi “Lion” klubunun geridönüşü ilə əlamətdar olub.
TodayPress xəbər verir ki, Lion təmsilçisi Liqa 1-in III turu “Strasburq” klubunu qəbul edib.
"Lion" “Park Olimpik Lionne”də çətin qələbə qazanıb.
Meydan sahibləri "Strasburq"la matçın gedişində hesabda 1:3 geri düşsələr də, böyük əzm nümayiş etdiriblər. Əvəzetmədən oyuna daxil olan Orban dubl edərək, 3 xalın qazanılmasında böyük pay sahibi olub 4:3.
Namiq HUN
tag: Futbol, Fransa, Lion, Strasburq, Qarabağ, Avropa, todaypress.az,