“Lion” çempionat matçının təxirə salınmasını istəyir

İdman

01.11.2024 15:00

Fransanın "Lion" klubu UEFA Avropa Liqasında "Qarabağ"a qarşı Bakıda keçirəcəyi oyuna görə Liqa 1-dəki matçının təxirə salınmasını istəyir.

TodayPress "RMC Sport"a istinadən xəbər verir ki, klub "Nitsa" ilə görüşün ertələnməsinin tərəfdarıdır. 

Klub rəhbərliyi 7 saatlıq uçuşun ardından 4600 km yol qət edəcəklərini əsas gətirərək, çempionatdakı oyunun başqa tarixdə baş tutmasını tələb edib.

Fransa Peşəkar Futbol Liqası (LFP) hələlik məsələyə münasibət bildirməyib. 

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turuna təsadüf edəcək "Qarabağ" - "Lion" qarşılaşması noyabrın 28-də baş tutacaq. 

Liqa 1-in XIII turunun "Lion" - "Nitsa" matçı isə dekabrın 1-də, Bakı vaxtı ilə saat 20:00-da başlamalıdır.

Namiq HUN

tag: Fransa, UEFA, Avropa, Liqa, Nitsa, todaypress.az,