"Lion" baş məşqçisini istefaya göndərdi

İdman

28.01.2025 13:12

“Lion” futbol klubu baş məşqçi Pyer Sajı istefaya göndərib. 

TodayPress “L`Equipe” nəşrinə istinadən xəbər verir ki, mütəxəssislə yollar komandanın uğursuz nəticələrinə görə ayrılıb.   

Klub rəhbərliyi baş məşqçi vəzifəsinə “Milan”ın sabiq çalışdırıcısı Paulo Fonsekanı gətirmək istəyir. 

Qeyd edək ki, Pyer Saj 2023-cü ildən “Lion”un baş məşqçisi idi.  Hazırda “Lion” 30 xalla Liqa 1-də 6-cı yerdədir. 

 Namiq HUN

tag: Lion,Klub,Futbol,Məşqçi,Pyer,Todaypress.az,