“Lion” Bakıya xal itkisi ilə gəlir

İdman

25.11.2024 10:28

“Qarabağ” klubunun UEFA Avropa Liqasındakı rəqibi “Lion” Fransa Liqa 1-də növbəti oyununa çıxıb.

TodayPress xəbər verir ki, Lion təmsilçisi XII turda “Reyms” klubunun qonağı olub.

Lion birinci hissəni Rayan Şerkinin qolu ilə irəlidə bitirsə də, meydan sahibləri Umar Diakite ilə oyunda status-kvonu bərpa ediblər. 

“Reyms” – “Lion” qarşılaşması elə 1:1 hesabı ilə başa çatıb.

Xal itkisindən sonra aktivində 19 xal olan “Lion” turnir cədvəlində 6-cı pilləyə düşüb. 

Qeyd edək ki, “Qarabağ”la “Lion” arasında Avropa Liqasının V turunun matçı noyabrın 28-də Bakıda keçiriləcək.

Namiq HUN

tag: Lion, Bakı, Turnir, Avropa, Qarabağ, todaypress.az,