Liderlərin qarşılaşmasını “Oklahoma-Siti Tander” qazandı

İdman

17.01.2025 16:08

ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) liderlərin görüşü “Oklahoma-Siti Tander” klubunun qələbəsi ilə başa çatıb. 

TodayPress xəbər verir ki, Qərb Konfransının lideri doğma meydanda Şərq Konfransının birincisi olan “Klivlend Kavalyers”i 134:114 hesabı ilə məğlub edib. “Oklahoma-Siti Tander” klubunun heyətində ən məhsuldar oyunçu 40 xalla Şai Qilqeus Aleksandr olub. 

Qeyd edək ki, hər iki komanda cari mövsümdə hərəyə 34 qələbə və 6 məğlubiyyət əldə edib.

Müntəzəm mövsümün digər görüşlərinin nəticələri:

“Detroyt Pistons” – “İndiana Peysers” 100:111

“Vaşinqton Vizards” – “Finiks Sans” 123:130

“Portlənd Treyl Bleyzers” – “Los-Anceles Klippers” 89:118

“Sakramento” – “Hyuston Rokets” 132:127

Namiq HUN

tag: ABŞ ,Milli, Konfrans,Klub, Qələbə, todaypress.az,