Lider doğma meydanda qələbəyə sevindi
İdman
03.02.2025 13:15
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
TodayPress xəbər verir ki, Şərq Konfransının lideri “Klivlend Kavalyers” müntəzəm mövsümdə ardıcıl dördüncü oyunda qələbə qazanıb.
Klivlend təmsilçisi doğma meydanda “Dallas Maveriks”i 144:101 hesabı ilə məğlub edib.
Həm Şərq Konfransına, həm də ümumi sıralamaya başçılıq edən komandanın heyətində Darius Qarland 17 xal, 10 assist, Evan Mobli isə 22 xal, 11 ribaundla yadda qalıb.
“Dallas”ın heyətində isə ən məhsuldar oyunçu 12 xal, 11 ribaundla Kaylor Kelli olub.
Müntəzəm mövsümdə digər oyunların nəticələri
“Detroyt Pistons” - “Çikaqo Bullz” - 127:119
“Toronto Raptors” - “Los-Anceles Klippers” - 115:108
“Miluoki” - “Memfis Qrizzlis” - 119:132
“Filadelfiya” - “Boston Seltiks” - 110:118.
Namiq HUN
tag: Milli Basketbol Assosiasiyası,