“Leypsiq” Vermereni birdəfəlik transfer etdi

İdman

17.01.2025 17:35

“Leypsiq” klubu İspaniya təmsilçisi "Atletiko"nun futbolçusu Artur Vermereni heyətinə qatıb.

TodayPress xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Leypsiq” ilk olaraq icarə əsasında heyətinə qatdığı 19 yaşlı hücumçunu birdəfəlik transfer edib. 

Onun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Artur Vermeren cari mövsüm "Leypsiq"in heyətində meydana çıxdığı 22 oyunda 1 qol vurub.

Namiq HUN

tag: Klub, Futbol, Hücum, Bundesliqa, todaypress.az,