Leyli Axundova Bakurianidə Azərbaycanın idman şərəfini qoruyacaq

İdman

31.01.2025 16:12

Gürcüstanın Bakuriani şəhərində keçiriləcək Yeniyetmələrin Avropa Qış Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançı məlum olub. 

TodayPress xəbər verir ki, yarışda Azərbaycanın idman şərəfini Leyli Axundov qoruyacaq. 

O, idmanın fiqurlu konkisürmə növündə bacarığını nümayiş etdirəcək. 

Bu növ üzrə yarış Batumidə keçiriləcək. 

Qeyd edək ki, fevralın 9-16-da keçiriləcək festivalda 48 ölkənin idmançıları 8 növdə 38 dəst medal uğrunda mübarizə aparacaqlar.

Namiq HUN

tag: Gürcüstan,Bakuriani,Qış Olimpiya Festivalı,Leyli Axundov,todaypress.az,