Levandovski bombardirlər sırasında üçüncüdür

İdman

21.10.2024 16:35

Robert Levandovski Top-5 liqalarının bombardirləri siyahısında üçüncü yerə yüksəlib. 

"Barselona" klubunun və Polşa yığmasının hücumçusu Robert Levandovski Avropanın Top-5 liqalar tarixinin bombardirləri siyahısında üçüncü sıraya yüksəlib.

TodayPress xəbər verir ki, forvard La Liqanın X turunda “Sevilya”nı (5:1) məğlub etdikləri matçda göstəriciyə nail olub. 

Ön xətt oyunçusu görüşdə iki qol vurub.

Qeyd edək ki, Robert Levandovskinin hesabında hazırda 366 qol var. Bu göstəricidə hücumçu “Barselona” və PSJ-də 496 qol vuran Lionel Messidən, həmçinin “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”da 495 dəfə fərqlənən Kriştiano Ronaldodan geri qalır.

Namiq HUN

tag: Polşa, Avropa, Forvard, PSJ, Barselona, todaypress.az,