Levandovski "Barselona"nın əsas hücumçusudur
İdman
05.10.2024 12:45
"Barselona" futbol klubu hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı qərar verib.
TodayPress xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Klub rəhbərliyi futbolçunun uzun müddət yüksək səviyyəli oyun nümayiş etdirməyə qadir olduğunu düşünür. Bu səbəbdən "Barselona"nın 2025-ci ildə yeni əsas hücumçu almaq planı yoxdur.
Qeyd edək ki, cari mövsümdə Robert Levandovski bütün yarışlarda 10 matçda iştirak edib, 9 qol vurub və 2 məhsuldar öürmə verib.
36 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Namiq HUN
tag: Barselona ,Robert Levandovski,Müqavilə ,Klub ,Hücumçu, todaypress.az,