Levandovski “Barselona”da qalacaq
İdman
19.11.2024 12:35
“Barselona” futbol klubunun hücumçusu Robert Levandovski gələcək karyerası ilə bağlı qərar verib.
TodayPress “sport.es”-ə istinadən xəbər verir ki, polşalı forvard hazırkı klubunda hər şeydən razıdır.
O, peşəkar karyerasının sonuna kimi “Barselona”da qalmağı planlaşdırır.
36 yaşlı futbolçu 2022-ci ilin yayından Kataloniya təmsilçisində çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
Qeyd edək ki, Robert Levandovski cari mövsüm “Barselona”nın heyətində 13 oyun keçirib. O, bu görüşlərdə 14 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Robert Levandovski, Barselona,Karyera, Kataloniya, todaypress.az,