“Lester”in keçmiş sahibinin ölüm işi ilə bağlı istintaq başa çatdı

İdman

29.01.2025 13:30

1539

“Lester” futbol klubunun keçmiş sahibinin faciəli ölümünü istintaq qəza hesab edib.

TodayPress İngiltərə mətbuatına istinadla xəbər verir ki, prokurorluq baş verənlərin faciəli, ancaq gözlənilməz inkişafın nəticəsi olduğu qərarına gəlib. 

Bir neçə il davam edən istintaq qəza hadisəsində günahkarın olmadığını b ildirib. 

Xatırladaq ki, helikopter qəzası 2018-ci ildə baş verib. Hadisə zamanı “Lester”in sahibi Viçai Şrivaddhanaprabha da daxil olmaqla, beş nəfər həlak olub. Qəzaya uğrayan helikopterin göyərtəsində prezidentlə yanaşı, onun ən yaxın köməkçiləri, pilot Erik Vaffer və sevgilisi İzabella Rosa da olub. Heç kim sağ qalmayıb.

Namiq HUN

tag: Lester,Futbol,Klub,İngiltərə ,todaypress.az,