“Lester” Bilal Əl-Hannusla müqavilə imzaladı
İdman
30.08.2024 11:12
İngiltərənin “Lester” klubu mərakeşli futbolçu transfer edib.
TodayPress xəbər verir ki, Belçikanın “Genk” klubunun yarımmüdafiəçisi Bilal Əl-Hannus “Lester”lə müqavilə imzalayıb.
“Tülkülər” Mərakeş millisinin futbolçusu ilə 2028-ci ilin yayına qədər anlaşıblar.
"Transfermarkt" portalı 20 yaşlı futbolçu ilə sövdələşməni 20,5 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Bilal Əl-Hannus ötən mövsüm 51 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi Mərakeş millisinin heyətində Paris Olimpiadasının bürünc mükafatçısı olub.
Namiq HUN
tag: Mərakeş, Bilal Əl-Hannus, Paris Olimpiadası, Bürünc Medal, Tülkülər, todaypress.az,