“Legiya” Lukaşenkoya görə cərimə olundu

İdman

03.12.2024 17:03

UEFA, Konfrans Liqasının Minsk “Dinamo”su ilə matçda Polşa komandasının azarkeşlərinin hərəkətinə görə “Legiya”nı cərimələyib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, azarkeşlər tribunalarda Belarus prezidenti Aleksandr Lukaşenkonun ünvanına təhqirlər yazılmış plakatlar asıblar.

UEFA-nın Nizam-İntizam Komitəsi “idman tədbirinin xarakterinə uyğun olmayan mesaj”a görə “Legiya”nı 17,5 min avro cərimələyib. 

Qeyd edək ki, Varşavada keçirilən görüş “Legiya”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

tag: UEFA, Konfrans, Minsk, Dinamo, Polşa, Lukaşenko, todaypress.az,