LeBronun karyerasının ən böyük nailiyyəti
İdman
13.07.2024 15:42
LeBron Ceyms ən böyük karyera uğurunu açıqlayıb.
TodayPress xəbər verir ki, “Los Anceles Leykers”in hücumçusu oğlu Bronni ilə bir komandada çıxışın karyerasında ən böyük nailiyyət olduğunu etiraf edib:
“Bu basketbolda indiyə qədər əldə etdiyim ən böyük nailiyyətdir. Oğlunuzla eyni meydançada ola bilməkdən böyük nailiyyət yoxdur. Bu, mənim başıma gələn ən böyük hadisədir” LeBron deyib.
Qeyd edək ki, “Los Anceles Leykers” klubu bu il NBA Draftında Bronnini seçib.
Şimali Amerika Liqası tarixində ilk dəfə olaraq ata və oğul eyni komandada çıxış edəcəklər.
Bronni Yay Liqasında “Los Anceles Leykers” üçün “Sakramento Kinqs”ə qarşı debüt matçında dörd xal qazanıb, iki ribaund və iki asistlə yadda qalıb.
Namiq HUN
tag: Lebron, Karyera, Los Anceles, Şimali Amerika, Liqa, todaypress.az,