Lebron və Bronni Ceymslər tarixə düşdülər
İdman
07.10.2024 18:40
NBA-də yeni basketbol mövsümünə hazırlıq davam edir.
TodayPress xəbər verir ki, hazırlıq çərçivəsində liqanın “Los Anceles Leykers” və “Finiks Sans” komandaları yoldaşlıq görüşündə qarşılaşıb.
İki iddialı komandanın görüşü tarixi anla yadda qalıb. 20 yaşlı Bronni Ceyms meydana daxil olaraq atası Lebron Ceymslə eyni vaxtda basketbol oynayıb.
Görüş NBA tarixinə eyni vaxtda oynayan ilk ata və oğul dueti kimi yazlıb.
Namiq HUN
tag: NBA,Los Anceles Leykers,Finiks Sans,Bronni Ceyms,Lebron Ceyms,todaypress.az,