Lebron uğurlu seriyanı dördə yüksəltdi
İdman
16.11.2024 15:50
Milli Basketbol Assosiasiyasının (NBA) “Los Anceles Leykers” klubunda çıxış edən Lebron Ceyms karyerasında ilkə imza atıb.
TodayPress xəbər verir ki, basketbolçu ardıcıl 4 oyunda tripl dubl edib.
39 yaşlı basketbolçu qarşılaşmada 15 xal, 12 məhsuldar ötürmə və 16 ribaundla buna nail olub.
“Los Anceles Lekers” səfərdə “San-Antonio” klubunu 120:115 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Los Anceles" liqada keçirdiyi son 4 oyunu qalibiyyətlə başa vurub.
Namiq HUN
tag: Lebron, Basketbol, Los Anceles, San-Antonio, Liqa, todaypress.az,