Lebron Ceymsdən yeni rekord
İdman
20.12.2024 14:07
“Los Anceles Leykers”in üzvü Lebron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixində meydanda keçirdiyi dəqiqələrin sayına görə rekorda imza atıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, o, göstəricidə məşhur oyunçu Kərim Abdul-Cabbarı üstələyib.
Ceyms bu uğura “Sakramento”ya qarşı oyun zamanı nail olub. NBA-da 22-ci mövsümünü keçirən basketbolçu ötən müddət ərzində 1517 oyuna çıxıb və ümumilikdə 57447 dəqiqə meydanda olub.
Xatırladaq ki, Şöhrət Zalının üzvü və 6 qat NBA çempionu olan Kərim Abdul-Cabbar 20 mövsüm ərzində 1560 oyuna çıxıb və meydanda 57446 dəqiqə keçirib.
Namiq HUN
tag: Ceyms, İmza ,Rekord, Çempion, todaypress.az,