Lebron Ceymsdən tarixi NBA rekordu
İdman
07.12.2024 11:20
“Los Anceles Leykers”in hücumçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) adi mövsümündə “Atlanta” ilə matçda (132:134 OT) tripl-dabl edərək karyerasında 41 minci xala çatıb.
TodayPress xəbər verir ki, bu barədə “Sport Express” məlumat yayıb.
“Havks”a qarşı oyunda 39 yaşlı amerikalı 39 xal, 11 məhsuldar ötürmə və 10 ribaundla yadda qalıb.
Ümumilikdə onun indi 41,003 xalı var. O, NBA tarixində bu göstəriciyə görə rekorda sahibdir.
Töhfə Səməd
tag: Havks ,Basketbol, Milli, Lebron Ceyms, todaypress.az,