Lebron Ceyms və oğlu məhkəməyə verildi
İdman
25.10.2024 12:58
İki qadın “Los Anceles Leykers” klubunun amerikalı basketbolçuları Lebron Ceyms və onun oğlu Bronniyə qarşı məhkəmə iddiası qaldırıb.
TodayPress "TMZ Sports"a istinadən xəbər verir ki, idmançılar 2022-ci ildə baş vermiş avtomobil qəzasında ittiham olunurlar.
Ceymsin avtomobili Litl-Rok şəhərinin magistral yolunda qadınların avtomobilinə çırpılıb.
Qeyd edək ki, basketbolçular Milli Basketbol Assosiasiyasında (NBA) unikal nailiyyətə imza atıblar. “Minnesota Timbervulvz” ilə matçda “Los Anceles Leykers”in hücumçusu Lebron Ceyms və Bronni Ceyms eyni vaxtda meydanda olublar. NBA tarixində ilk dəfə ata və oğul birlikdə heyətdə yer alıblar.
Namiq HUN
tag: Lebron Ceyms, Litl-Rok, Milli Basketbol Assosiasiyası,Los Anceles Leykers, Məhkəmə, todaypress.az,