LeBron Ceyms tarix yazdı
İdman
09.08.2024 13:55
Dünya basketbolunun ulduzlarından biri sayılan LeBron Ceyms Olimpiya Oyunlarının tarixinə düşüb.
TodayPress xəbər verir ki, o, bu uğura olimpiadalarda ikinci dəfə tripl-dabl etməklə nail olub.
LeBron 16 xal, 12 ribaund və 10 assistlik performansla oynayıb.
O, Olimpiya Oyunları tarixində tripl-dabl etməyi bacaran dördüncü idmançıdır. LeBron Ceyms ilk tripl-dablını 2012-ci il London Olimpiadasında edib.
Namiq HUN
tag: LeBron Ceyms,Basketbol,Olimpiya Oyunları, ABŞ, todaypress.az,