Lebron Ceyms Olimpiadada ABŞ-nin bayraqdarı olacaq

İdman

22.07.2024 18:30

ABŞ-ın Paris Olimpiadasındakı bayraqdarlarından biri müəyyənləşib.

TodayPress xəbər verir ki, yarışın açılış mərasimində bu funksiyanı tanınmış basketbolçu Lebron Ceyms yerinə yetirəcək. 

Ulduz basketbolçu indiyədək iştirak etdiyi “Afina-2004”də bürünc, “Pekin-2008” və “London-2012” Yay Olimpiya Oyunlarında isə qızıl medal qazanıb.

ABŞ-nin qadın bayraqdarının adı isə iyulun 23-də açıqlanacaq.

Namiq HUN

tag: Lebron Ceyms, ABŞ, Paris Olimpiada, Afina 2004, Pekin 2008, todaypress.az,