Lebron Ceyms NBA tarixinə düşdü
İdman
01.01.2025 15:25
"Los Anceles Leykers"in üzvü Lebron Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) tarixinə düşüb.
TodayPress bildirir ki, təcrübəli oyunçu buna
"Klivlend"ə qarşı keçirdikləri müntəzəm mövsümün qarşılaşmasında
(110:122) iştirak etməklə nail olub.
O, 18 və 40 yaşında NBA matçında meydana çıxan ilk
basketbolçudur.
Qeyd edək ki, Lebron Ceyms 2003-cü ildə bu turnirdə
debüt edib. Dekabrın 30-da idmançının 40 yaşı tamam olub.
tag: NBA ,Lebron Ceyms,Milli Basketbol Assosiasiyası,Los Anceles Leykers,todaypress.az,