Lebron Ceyms NBA-da yeni uğura imza atdı
İdman
02.12.2024 18:09
“Los Anceles Leykers” klubunun oyunçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.
TodayPress xəbər verir ki, o, NBA tarixində 15000-dən çox məhsuldar atış edən ikinci basketbolçudur.
39 yaşlı idmançı buna “Yuta”ya qalib gəldikləri (105:104) müntəzəm çempionat oyununda nail olub. Ceyms həmin görüşdə 27 xalla yadda qalıb.
Hazırda mütləq rekord Karim Abdul-Cabbara məxsusdur. Keçmiş basketbolçunun NBA-da 15837 cəhdi uğurlu alınıb.
Namiq HUN
tag: Lebron Ceyms, Milli, Basketbol,Los Anceles, todaypress.az,