LeBron Ceyms meydanı erkən tərk etdi

İdman

07.08.2024 12:31

Basketbol ulduzu LeBron Ceyms sifətindəki dirsək zərbəsi səbəbindən Olimpiya Oyunlarında ABŞ komandasının oyununu bitirə bilməyib.   

TodayPress xəbər verir ki, “Los Anceles Leykers” və ABŞ komandasının hücumçusu LeBron Ceyms sol gözünün yaxınlığındakı yarasını bağlamaq üçün bir neçə tikiş alıb. 

Paris Olimpiadasında basketbol turnirinin 1/4 final mərhələsində oyun epizodu zamanı Braziliya millisinin oyunçusu LeBronun üzünə zərbə endirib. Zərbə basketbolçunun sol göz nahiyəsinə dəyib. Bundan sonra Ceyms meydanı erkən tərk edib.

Qeyd edək ki, ABŞ millisi 1/4 finalda Braziliya yığmasını 122:87 hesabı ilə məğlub edib. Amerikalı basketbol ulduzları Olimpiadanın finalına vəsiqə uğrunda Serbiya yığması ilə qarşılaşacaqlar.

Namiq HUN

tag: ABŞ, Braziliya, Amerika, Olimpia, Basketbol,LeBron Ceyms, todaypress.az,