LeBron Ceyms dünyaya səsləndi
İdman
20.07.2024 16:24
“Nə qədər ki, meydandayam, ən böyük olmağa çalışıram”.
TodayPress xəbər verir ki, Amerika basketbolunun məşhur siması, 39 yaşlı hücumçu LeBron Ceyms Paris Olimpiadasının startı ərəfəsində sosial şəbəkələrdə bütün dünyaya müraciət edib.
"Mən meydanda olduğum müddətdə ən böyük olmağa çalışıram" Ceyms bəyan edib.
Bu sitat LeBronun əvvəllərdə istifadə etdiyi imza ifadəsidir.
Qeyd edək ki, XXXIII Yay Olimpiya Oyunlarında basketbol yarışının startı iyulun 27-nə nəzərdə tutulub. Heyətdə LeBron Ceymsin olduğu ABŞ-nin yer aldığı C qrupunda Serbiya, Cənubi Sudan və Puerto Riko kimi komandalarda var.
Namiq HUN
tag: Amerika, Lebron, Ceyms, Basketbol, Oyun, ABŞ, todaypress.az,