Leau “Barselona”nın radarına düşdü
“Barselona” klubu “Milan”ın futbolçusu Rafael Leau ilə maraqlanır.
TodayPress xəbər verir ki, hücumçu Kataloniya təmsilçisinin transfer siyahısında yer alır.
Tərəflər arasında hələlik danışıqlar olmayıb.
Portuqaliyalı forvard ötən ilin yanvar ayında Səudiyyə Ərəbistanı klubundan gələn sərfəli təklifi rədd edib.
Leaunun “Milan” klubu ilə müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq.
Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Rafael Leao,BArselona,Milan,Klub,Todaypress.az,