Leao “Milan”a kömək edə bilməyəcək

İdman

03.01.2025 12:56

“Milan” klubunun hücumçusu Rafael Leao İtaliya Superkubokunun “Yuventus”la yarımfinal oyununu buraxacaq.

TodayPress xəbər verir ki, “rossonerilər”in baş məşqçisi Serjiu Konseysau yerli mətbuata açıqlamasında bildirib.

O, portuqaliyalı hücumçunun zədə səbəbindən komandaya kömək edə bilməyəcəyini deyib.

Qeyd edək ki, “Milan” – “Yuventus” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Namiq HUN

tag: Yuventus ,Matç, Rafael, İtaliya ,todaypress.az,