Lautaro Martinez 70 illik rekordu qırdı

İdman

31.10.2024 10:53

“İnter” klubunun argentinalı hücumçusu İtaliya çempionatının X turunun “Empoli” ilə qarşılaşmasında (3:0) tarixi uğura imza atıb.

TodayPress xəbər verir ki, Lautaro “Carlo Castellani” qarşılaşmasında fərqlənərək “İnter” klubundakı qollarının sayını 134-ə çatdırıb. 

Bununla 2018-ci ildən “İnter”də çıxış edən 27 yaşlı forvard əcnəbi futbolçular arasında klub tarixinin bombardiri olub.

Qeyd edək ki, əvvəlki rekord 1948-1954-cü illərdə “neradzurri”nin heyətində 133 qol vuran macarıstanlı İştvan Nyersə məxsus idi.

Namiq HUN

tag: İnter, Empoli, Carlo Castellani, Forvard, todaypress.az,