Latviyalı şahmatçı 12 illik diskvalifikasiya edildi

İdman

27.01.2025 19:17

FIDE Latviyalı şahmatçı Andrey Strebkovsu 12 illik diskvalifikasiya edib.   

TodayPress qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb şahmatçının qadın həmkarlarına, o cümlədən yetkinlik yaşına çatmayanlara qeyri-etik şəkillər də daxil olmaqla təhqiredici və qeyri-münasib materiallar göndərməsi olub. 

Daha əvvəl qurumun Etika və İntizam Komissiyasının Apellyasiya Palatası Strebkovsu FIDE-nin etika və intizam məcəlləsinin bir neçə pozuntusunda təqsirli bilib və ona bütün FIDE reytinqli tədbirlərdən beş illik qadağa qoyduğunu açıqlamışdı. 

Lakin şahmatçının etirazından və apellyasiya şikayətindən sonra məsələ hərtərəfli araşdırılıb. Apellyasiya Palatası DNT analizi və polis istintaqının nəticələri də daxil olmaqla təqdim edilmiş sübutları təsdiqləyib. 

Nəticədə şahmatçının qadağa müddəti 12 ilə qədər uzadılıb və əməllərinin ağırlığı, xarakteri əsas gətirilərək onun qrossmeyster dərəcəsi ləğv edilib.   

Namiq HUN

tag: Andrey Strebkovs,Etika və İntizam Komissiyasının Apellyasiya Palatası ,DNT, Andrey Strebkovs,FIDE ,Todaypress.az,