Laporta Pobert Levandovskidən danışdı
İdman
04.09.2024 11:48
“Barselona”nın prezidenti, polşalı forvardın klubun maliyyə feyr-pleyi ilə bağlı problemlərinə necə cavab verdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta hücumçu Robert Levandovski haqda danışıb.
“Levandovski maliyyə feyr-pleyi əldə etmək üçün bəzi səylər göstərə biləcəyimizi eşidəndə müqaviləsini təklif etdi. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Lakin mən ona bunun lazım olmadığını dedim” deyə Laporta bildirib.
Qeyd edək ki, Robert Levandovskinin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Bu mövsüm hücumçu bütün turnirlərdə dörd oyununda iştirak edib. O, bu görüşlərdə 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Kataloniya ,Laporta ,Barselona, Müqavilə, Robert, todaypress.az,