Laporta: “İqtisadi diaqnostikamız 2021-ci ildən yaxşıdır”

İdman

18.10.2024 14:30

“Barselona” futbol klubunun prezidenti Xuan Laporta Lionel Messinin komandanı tərk etmək məcburiyyətində qalmasından danışıb.

TodayPress xəbər verir ki, o, 2021-ci ildən bəri “Barselona”nın iqtisadi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını deyib:

“Barsa” Messinin istedadına uyğun pulu ödəyə bilmədi. Hazırda iqtisadi diaqnostikamız 2021-ci ildən xeyli yaxşıdır. Bu, danılmazdır. Bu gün klub pul qazanır, lakin əvvəllər, 2017-ci ildən başlayaraq hər il itkilərlə üzləşirdik” Laporta bildirib. 

Qeyd edək ki, “Barselona” IX turdan sonra 24 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. 

Namiq HUN

tag: Barselona, İspaniya,Lionel ,Xuan Laporta,todaypress.az,