Lando Norrisdən sensasion iddia
“Maklaren” komandasının britaniyalı pilotu Lando Norris yeni “Formula 1” mövsümü ilə bağlı danışıb.
TodayPress "Racingnews365" nəşrinə istinadən xəbər verir ki, o, yeni mövsümün qalibinin ənənəvi çempion dördlükdən olmayacağını bildirib.
“Formula 1"də hamı rəqabətli ilin olacağını gözləyir. Fikrimcə, bu mövsüm qalib, ilk dördlükdən kənarda qalan komandalardan biri olacaq. Yəni “Maklaren”, “Ferrari”, “Mercedes” və ya “Red Bull” çempion olmayacaq. Bu, “Formula 1” və azarkeşlər üçün yaxşıdır” Norris deyib.
Namiq HUN
tag: Maklaren,Formula 1,Ferrari,Mercedes,Red Bull,todaypress.az,