Lamiyə Vəliyeva növbəti Finalda!
Azərbaycan
paraatleti Lamiyə Vəliyeva finala vəsiqə qazanıb.
TodayPress xəbər verir ki, Paris Paralimpiadasında 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycan paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) uğurlu çıxışını davam etdirir.
İdmançı bu dəfə bacarığını 400 metr məsafədə göstərib.
Azərbaycan təmsilçisi 56,51 saniyə nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vurub.
Final mərhələsi sentyabrın 7-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları XVII Yay Paralimpiya Oyunlarında 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Namiq HUN
tag: Lamiyə Vəliyeva,