Lamin Yamalı digərlərindən fərqləndirən cəhət
İdman
22.06.2024 14:12
Futbol üzrə İspaniya millisinin cinah oyunçusu Lamin Yamal Avropa çempionatında daha iki ölkəni təmsil edir.
TodayPress xəbər verir ki, o, “qırmızı furiya”nın oyunlarında Mərakeş və Ekvatorial Qvineyanın bayraqlarının təsviri olan butslarda çıxış edir. Bu dövlətlər onun valideynlərinə doğmadır.
16 yaşlı cinah oyunçusu Almaniya turunda iki matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə Yamal meydanda 157 dəqiqə keçirib.
Lamin Yamal 2023-cü ilin sentyabrında İspaniya millisində debüt edib. Bu müddət ərzində o, bütün turnirlərdə meydana çıxdığı 9 matçda 2 qol vurub.
Namiq HUN
tag: Lamin Yamalı, Futbol, İspaniya, Avropa, Çempionat, todaypres.az,