Lamin Yamal tarixi uğura imza atdı

İdman

03.02.2025 17:05

“Barselona” klubunun futbolçusu Lamin Yamal oyun ərzində 21 cəhddə 11 uğurlu driblinq edərək tarixi nailiyyətə imza atıb. 

TodayPress “Opta”ya istinadən xəbər verir ki, bu, La Liqanın XXII turunda “Alaves”ə qarşı oyunda (1:0) reallaşıb.  17 yaşlı futbolçu komanda yoldaşları arasında rekord müəyyənləşdirib.

Yamal 2007-ci ildə 20 yaşında, “Mayorka” ilə oyunda (1:0) 20 cəhddə 10 uğurlu driblinq edən Lionel Messini geridə qoyub. 

Qeyd edək ki, Lamin Yamal cari mövsüm “Barsa”nın heyətində meydana çıxdığı 29 oyunda 10 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb. 

 Namiq HUN

tag: Barselona,Klub,Lamin Yamal,Barsa,Todaypress.az,