Lamin Yamal AVRO tarixinə düşdü
İdman
10.07.2024 10:29
Lamin Yamal Avropa və dünya çempionatlarında qol vuran ən gənc futbolçu olub.
TodayPress xəbər verir ki, ispaniyalı futbolçu Avropa çempionatının yarımfinal mərhələsində Fransa ilə oyunda fərqlənməklə bu uğura imza atıb.
Yamal 16 yaş 362 günündə möhtəşəm zərbə ilə fransalıların torunu silkələyərək qitə çempionatları tarixində isveçrəli futbolçu Yohan Fonlantenin nəticəsini üstələyib.
Qeyd edək ki, o, dünya futbolunda da yeni rekorda imza atıb. Lamin Yamal dünya və Avropa çempionatlarının yarımfinalında meydana çıxan ən gənc oyunçu olmaqla buna nail olub. İspaniyalı gənc əfsanəvi Pelenin rekordunu arxada qoyub. Pele 1958-ci il mundialında Fransa ilə yarımfinal görüşündə 17 yaş 244 günündə meydana çıxıb.
Namiq HUN
tag: Lamin Yamal, Avro Tarixi, İspaniya, Rekord, Pele, todaypress.az,