La Liqanın prezidentindən irqçiliklə bağlı açıqlama
İdman
21.09.2024 13:05
La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatında irqçiliyə qarşı mübarizədə “Real”ın futbolçusu Vinisiusu lider görür.
TodayPress xəbər verir ki, funksioner bununla belə braziliyalı forvardın ispanları irqçi adlandırması fikri ilə razı olmadığını bildirib:
“O, irqçiliklə mübarizəyə rəhbərlik etməklə düzgün iş görür. Deyir ki, İspaniya irqçi ölkədir. Lakin o, həmçinin bildirib ki, irqçilik hadisələri davam edərsə, 2030-cu il dünya çempionatı keçirilə bilməz. Mən bununla razı deyiləm. Biz bütün matçlarda Vinisiusu izləyirik və o, zorakılığa məruz qalanda şikayət edirik. Biz tribunalardan problemləri aradan qaldırmışıq”.
La Liqanın prezidenti Xavyer Tebasın sözlərinə görə, futbolu ailə və əyləncə mühitinə çevirmək lazımdır.
Namiq HUN
tag: La Liqa, Xavyer Tebas, İrqçilik ,Real ,Vinisius ,todaypress.az,