La Liqada növbəti ayrılıq

İdman

24.04.2025 17:39

11

“Real Sosyedad” klubunun baş məşqçisi İmanol Alquasil cari mövsümün sonunda postunu tərk edəcək.   

TodayPress xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İmanolun ayrılığının səbəbi açıqlanmayıb. 

Qeyd edək ki, Alquasil 2018-ci ildən “Real Sosyedad”ı çalışdırır.

O, həm futbolçu karyerasına, həm də məşqçiliyə “Real Sosyedad”da başlayıb.

İmanol 2011-ci ildən klubda müxtəlif vəzifələrdə çalışıb, gənclər və yeniyetmələrdən ibarət komandalara baş məşqçilik edib.   

Namiq HUN

tag: Real Sosyedad,İmanol Alquasil,Klub,Futbol,Todaypress.az,