La Liqada “El-Klassiko” həyəcanı

İdman

26.10.2024 09:51

Bu gün La Liqanın XI turu çərçivəsində “Real Madrid” “Barselona” ilə qarşılaşacaq.

TodayPress xəbər verir ki, “El-Klassiko” Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq.

Komandalar son dəfə avqustun 3-də yoldaşlıq oyununda bir araya gəliblər. O zaman Kataloniya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. 

La Liqada isə son “El-Klassiko” aprelin 21-də keçirilib. “Real” qarşılaşmanı 3:2 hesabı ilə qazanıb.

Xose Sançesin idarə edəcəyi “Real” – “Barselona” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Namiq HUN

tag: La Liqa, El-Klassiko, Real, Barselona, Bakı, Xose Sançes, todaypress.az,