La Liqa təmsilçisində "yapraq tökümü"
İdman
30.06.2024 17:15
“Atletiko” bir neçə futbolçusu ilə yollarını ayırıb.
Today Press xəbər verir ki, onlar arasında Çağlar Söyüncü də var. “Fənərbağça” klubu futbolçunu bonuslarla birlikdə 10 milyon avroya transfer edib. Baxmayaraq ki, klub rəhbərliyi Söyüncünün satışı üçün 12 milyon avrodan aşağı düşmək istəmirdi.
Bundan başqa hücumçu Memfis Depay, müdafiəçilər Qabriel Paulista və Mario Hermoso müqavilələrinin başa çatması səbəbindən Madrid təmsilçisini tərk ediblər. “Hindular” hücumçu Vitolo ilə müqaviləyə də xitam veriblər.
Klub rəhbərliyi bütün bu ayrılıqların fonunda 34 yaşlı sağ cinah müdafiəçisi Sezar Aspilikueta ilə müqavilənin 2025-ci ilə qədər uzadıldığını rəsmən açıqlayıb.
Namiq HUN
tag: Çağlar Söyüncü, Atletiko, La Liqa, Futbol, İdman, todaypress.az,