La Liqa tarixində görünməmiş göstərici

İdman

04.01.2025 09:54

2421

“Real” La Liqa tarixində görünməmiş göstəriciyə imza atıb.

TodayPress xəbər verir ki, Madrid klubu İspaniya çempionatları tarixində topladığı xalların sayında 5000-i keçib.

“Real” buna XII turdan təxirə salınan oyunda “Valensiya”nı 2:1 hesabı ilə məğlub etməklə nail olub. “Kral klubu” bu qələbə ilə ümumi xal sayını 5002-yə çatdırıb. Paytaxt klubu La Liqa tarixində “5000”i arxada qoyan ilk komandadır.

Qeyd edək ki, “Barselona” 4887, “Atletiko” 4018 xalla “Real”ın ən yaxın izləyiciləridir.

tag: Real ,La Liqa, Atletiko ,Tarix, todaypress.az,