La Liqa rəhbərliyi Mayami planından imtina etdi

İdman

05.11.2024 12:00

La Liqa rəhbərliyi “Barselona” – “Atletiko” matçının Mayamidə keçirilməsi ideyasından imtina edib.

TodayPress xəbər verir ki, İspaniya çempionatının XVIII turunun oyununun dekabrın 22-də Mayamidə keçirilməsi planlaşdırılmışdı.

Lakin qarşılaşmanın Barselonada təşkilinə qərar verilib.

La Liqanın prezidenti Xavyer Tebas ölkədə baş verən faciə fonunda İspaniya çempionatı matçlarının ABŞ-də keçirilməsinin düzgün olmadığını söyləyib. Bununla yanaşı, rəhbərlik 2025-ci ildə ABŞ-də oyun keçirməyi istisna etmir.

Namiq HUN

tag: La Liqa, Barselona, Atletiko, Mayami, İspaniya, Xavyer Tebas, ABŞ, todaypress.az,