La Liqa klubunun kapitanı xərçəng xəstəliyinə tutuldu

İdman

06.02.2025 17:33

2895

“Las Palmas” klubunun kapitanı Kirian Rodriqes yenidən xərçəng xəstəliyinə tutulub.

TodayPress xəbər verir ki, 3 il əvvəl də eyni xəstəlikdən əziyyət çəkən futbolçu 8 aylıq fasilədən sonra yaşıl meydanlara qayıtmışdı.

Lakin yenidən eyni xəstəliyə düçar olan 28 yaşlı yarımmüdafiəçi qarşıdakı görüşlərdə iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, Kirian Rodriqes cari mövsüm La Liqada 21 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: İdman,Futbol,Xərçəng,Las Palmas,Todaypress.az,