La Liqa görüş vaxtını dəyişmədi
TodayPress “Cadena SER” nəşrinə istinadən xəbər verir ki, qurum “Real Madrid”in müraciətini qəbul etməyib.
Los Blankos İspaniya çempionatının XXXI turunda keçiriləcək “Alaves”ə qarşı matçın vaxtının aprelin 13-dən 12-nə dəyişdirilməsini istəyib.
Məqsəd Çempionalr Liqasının 1/4 final mərhələsində “Arsenal”la cavab oyununun hazırlığına daha çox vaxt qazanmaq olub.
Lakin La Liqa bu müraciəti dəstəkləməyib. Bildirilir ki, “Alaves” görüş vaxtının dəyişilməsinə razı olub.
Qeyd edək ki, “Real Madid” – “Arsenal” qarşılaşması aprelin 16-da keçiriləcək.
Namiq HUN
tag: La Liqa,Real Madrid,Futbol,Görüş,Vaxt,Todaypress.az,