La Liqa azarkeşləri məhkəməyə verdi

İdman

28.02.2025 10:36

2417

La Liqa İspaniya kubokunun yarımfinalında “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniora meymun jestləri edən “Real Sosyedad” azarkeşlərini məhkəməyə vermək niyyətindədir.   

TodayPress COPE-nin məlumatına istinadən xəbər verir ki, La Liqa İspaniya kubokunun təşkilatçısı kimi çıxış etməməsinə baxmayaraq, “Real Sosyedad”ın azarkeşlərini məhkəməyə verəcək. 

Daha əvvəl internetdə “Real Sosyedad” azarkeşlərindən birinin Vinisiusa meymun jestləri etdiyini əks etdirən video yayılıb. Matçın baş hakimi hadisəyə diqqət yetirməyib.   

Namiq HUN

tag: La Liqa, Real Madrid,İspaniya,Real Sosyedad,Todaypress.az,