Kyeza “Liverpul”dan ayrılır
İdman
25.10.2024 09:51
İngiltərənin “Liverpul” futbol klubunun ötən transfer pəncərəsində heyətinə qatdığı Federiko Kyeza İtaliyaya qayıda bilər
TodayPress “Mirror”a istinadən xəbər verir ki, cari mövsüm 78 dəqiqə meydanda olan hücumçu icarə əsasında “qırmızılar”dan ayrılmaq istəyir.
İtaliyanın “İnter”, “Milan” və “Roma” klubları Kyezanın xidmətində maraqlıdır.
Qeyd edək ki, avqustda “Liverpul” Federiko Kyezanı heyətinə qatıb. sı 26 yaşlı futbolçu 2022-ci ildən “Yuventus”da çıxış edib. O, bu müddət ərzində 51 matçda 7 qol vurub.
Namiq HUN
tag: İngiltərə, Liverpul, Kyeza, Milan, Roma, todaypress.az,