Kvaratsxeliyanın PSJ-yə keçidi rəsmiləşdi
İdman
18.01.2025 09:10
PSJ futbol klubu Xviça Kvaratsxeliyanın transferini açıqlayıb.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 7 nömrəli formanı geyinəcək 23 yaşlı cinah oyunçusu Paris təmsilçisinin tarixində ilk gürcüstanlı futbolçu olacaq.
Paris təmsilçisi Kvaratsxeliya ilə 2029-cu ilə qədər müqavilə bağlayıb.
PSJ bu keçid üçün “Napoli” klubuna 70 milyon avro ödəyib.
Qeyd edək ki, Xviça cari mövsümdə Neapol klubunun heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: PSJ ,Xviça Kvaratsxeliya,Transfer,Napoli,Todaypress.az,