Kvaratsxeliya PSJ-yə keçməyə razılaşıb
İdman
01.06.2024 22:08
"Napoli" klubunun gürcü futbolçusu Xviça Kvaratsxeliya "Paris Sen-Jermen" klubuna keçməyə razılaşıb.
TodayPress xəbər verir ki, 23 yaşlı futbolçu qərarı ilə bağlı PSJ rəhbərliyini məlumatlandırıb. Paris klubu hazırda futbolçunun transferi ilə bağlı Napoli klubunun rəhbərliyi ilə razılığa gəlməlidir.
Daha əvvəl mətbuatda PSJ-nin Kvaratsxeliya üçün "Napoli"yə 100 milyon avro təklif etdiyi barədə məlumatlar yayılmışdı.
Xviça 2022-ci ilin yayından "Napoli"də çıxış edir. 2022/23-cü illər mövsümündə o, neapollularla İtaliya çempionu olub, həm də A Seriyasının ən yaxşı futbolçusu seçilib. Son mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 45 oyun keçirib, 11 qol vurub və 9 məhsuldar ötürmə verib.
Namiq HUN
tag: paris Sen-jermen,Napoli,İtaliya,TodayPress,PSJ,A seriyası,