Kvaratsxeliya PSJ-dən təklif aldı
İdman
10.01.2025 13:42
“Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliya PSJ-yə keçməyə hazırdır.
TodayPress xəbər verir ki, Paris təmsilçisi cinah yarımmüdafiəçisinin transferi üçün “Napoli”yə 80 milyon avro təklif edib.
Hazırda PSJ Kvaratsxeliya ilə onun şəxsi müqaviləsinin şərtləri ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Xviça cari mövsümdə “Napoli”nin heyətində meydana çıxdığı 17 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Kvaratsxeliyanın Neapol təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında futbolçunun transfer dəyəri 85 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Futbolçu, PSJ,Napoli, Təmsilçi ,todaypress.az,